ATU aliminin beynəlxalq elmi araşdırması innovasiya və dayanıqlı səhiyyə inkişafına töhfə verir
22.07.2026 16:57

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının apardığı elmi araşdırmanın nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edib. ATU Elmi Araşdırmalar Mərkəzinin Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənovun tədqiqatı “Journal of Structural Chemistry” jurnalında dərc olunub. “Web of Science” beynəlxalq indeksləşdirmə bazasına daxil olan, Q3 (quartile) səviyyəsinə və 1,4 impakt faktoruna malik bu nəşrdə yayımlanan məqalə tibbi kimya və yeni materialların araşdırılması sahəsində mühüm elmi nəticələri əks etdirir.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, “Crystal Structure and Hirshfeld Surface Analysis and DFT Studies of 5-Iodobenzo[c][1,2,5] Selenadiazole” adlı məqalədə selen əsaslı yeni birləşmənin kristal quruluşu hərtərəfli tədqiq edilib. Araşdırma zamanı ilk dəfə selenin 5-yodobenzo[c][1,2,5]selendiazol birləşməsindən monokristallar yetişdirilib və onun quruluşu rentgen difraksiyası (XRD) və UV-Vis spektroskopiya üsulundan istifadə edilərək xarakterizə edilib. 

 

Tədqiqat nəticəsində əldə olunan nəticələr tibbi kimya, biotexnologiya və yeni funksional materialların hazırlanması istiqamətlərində gələcək tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır. Belə fundamental araşdırmalar innovativ elmi yanaşmaların inkişafına, səhiyyə və əczaçılıq sahəsində yeni imkanların formalaşmasına xidmət edir.

 

ATU professorunun bu elmi nailiyyəti Azərbaycan elminin beynəlxalq elmi məkandakı mövqeyini daha da möhkəmləndirir və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində keyfiyyətli təhsil və elmi tədqiqatların təşviqi (SDG 4), innovasiya və elmi infrastrukturun inkişafı (SDG 9), eləcə də sağlamlıq və rifah naminə elmi həllərin yaradılması (SDG 3) istiqamətlərinə mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır