Çin alimləri diabetin müalicəsində yeni mərhələ açır
23.07.2026 12:29

Çin alimləri diabetin müalicəsi istiqamətində mühüm nailiyyət əldə etsələr də, bu nəticələri hələlik xəstəliyin tam müalicəsi kimi qiymətləndirmək düzgün olmaz.

Aztibb.az "Fitakademy" sosial platformasının məlumatına istinadən yazır ki, tədqiqat çərçivəsində 1-ci tip diabetdən əziyyət çəkən 25 yaşlı qadının hüceyrələri yenidən proqramlaşdırılaraq insulin ifraz edən hüceyrələrə çevrilib və daha sonra yenidən orqanizminə köçürülüb.

Transplantasiyadan 75 gün sonra pasiyent artıq insulin inyeksiyalarına ehtiyac duymayıb və qan şəkərinin səviyyəsi ən azı bir il ərzində sabit qalıb.

Oxşar müsbət nəticələr 2-ci tip diabetli bir pasiyentdə də müşahidə edilib.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bunlar hələlik yalnız ayrı-ayrı klinik hallar və erkən mərhələli tədqiqatların nəticələridir. Metodun milyonlarla pasiyent üçün nə dərəcədə təhlükəsiz və effektiv olduğu hələ məlum deyil.

Hazırda bu yanaşma hazır müalicə üsulu hesab edilmir. Bununla belə, o, gələcəkdə diabet xəstələrinin gündəlik insulin inyeksiyalarından asılılığını azaltmağa və ya aradan qaldırmağa yönəlmiş ən perspektivli elmi istiqamətlərdən biri kimi qiymətləndirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza