ATU əməkdaşının kristalloqrafiya sahəsində elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub
20.07.2026 12:35

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının “Synthesis, crystal structure and Hirshfeld surface analysis of (3aSR,10RS,10aRS)-2-(4-iodophenyl)-1-oxo-5-tosyl-1,2,3,3a,4,5,10,10a-octahydropyrrolo[3,4-b]carbazole-10-carboxylic acid–ethanol (4/1)” adlı məqaləsi “Acta Crystallographica Section E: Crystallographic Communications” jurnalında dərc olunub.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

ATU-nun Elmi Araşdırmalar Mərkəzinin Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənovun məqaləsinin yer aldığı jurnal  “Web of Science” beynəlxalq indeksləşdirmə bazasında Q4 (quartile) səviyyəsinə və 0,6 impakt faktoruna malikdir.

 

Məqalədə qeyd olunan birləşmənin sintezi, kristal quruluşu və s. ilə bağlı tədqiqat nəticələri təqdim edilir. Müəyyən olunub ki, bu birləşmə iki kristalloqrafik cəhətdən müstəqil molekul və həlledici etanolun bir molekulunu özündə birləşdirir. Kristalda O—H⋯O və C—H⋯O hidrogen bağları molekulları R4 4(23) halqa motivlərindən ibarət üçölçülü memarlıq quruluşunda birləşdirir. C—H⋯π (halqa) qarşılıqlı təsirləri və paralel halqalar arasındakı π–π stekinq qarşılıqlı əlaqələri isə kristal quruluşunun sabitliyinin və qablaşdırılmasının möhkəmlənməsinə töhfə verir.

 

ATU professoru tərəfindən aparılan bu tədqiqat molekulyar quruluşların daha dərindən öyrənilməsinə, kristalloqrafiya və tibbi kimya sahəsində elmi biliklərin inkişafına mühüm töhfə verir. Fundamental elmi araşdırmaların genişləndirilməsi və innovativ yanaşmaların təşviqi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Məqsəd 4 – Keyfiyyətli təhsil və Məqsəd 9 – Sənaye, innovasiya və infrastruktur istiqamətləri ilə uyğunluq təşkil edir. Bu cür tədqiqatlar elmi potensialın artırılmasına, yeni biliklərin formalaşdırılmasına və gələcək tətbiqi araşdırmalar üçün möhkəm elmi əsasların yaradılmasına xidmət edir.

 
 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır