Su qıtlığı – Artan xəstəliklər və epidemiya təhlükəsi
27.09.2021 14:58

Dünya əhalisinin üçdə ikisini təşkil edən, təxminən 4 milyard insan ilin ən azı bir neçə ayı ərzində ciddi su çatışmazlığı yaşayır.

 

Planetimizdə düşən yağıntılar rejiminin getdikcə dəyişməsi nəticəsində qida təminatında çətinlikləri olan bir çox regionlarda məhsul daha da azalmaqda, su qıtlığı artmaqdadır.

 

Aztibb.az su qıtlığının yol açdığı xəstəliklər haqqında qısa yazını təqdim edir.

 

Xəstəliklərin 80%-i, ölüm hadisələrinin isə 1/3-i içməli suyun çatışmamazlığı və keyfiyyəti ilə bağlıdır.

 

Dünyada hər on nəfərdən dördü su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığı və suyun pis keyfiyyəti gigiyena və sağlamlıq üçün təhlükələr törətməkdədir. Bu isə il ərzində təxminən 2 milyona yaxın insanın ölümünə səbəb olan diareyanın (ishal), eləcə də korluğa gətirib çıxaran göz infeksiyasının və digər xəstəliklərin yaranması riskini artırır. 

 

Koronavirus böhranı dünyaya yayıldıqca, su təminatının və əlçatanlığının az olduğu yerlərdə daha ağır təsirlərin olması müşahidə edilir. Belə ki, bir tərəfdən səhiyyə təşkilatları epidemiyanın qarşısını almaq üçün əlləri daha tez-tez yumağı məsləhət görürlər, digər tərəfdən isə virusun yayılmasının qarşısını almaq məqsədilə kəndlər, rayon mərkəzləri və şəhərlərlə əlaqələrin məhdudlaşdırılması mobilliyi azaldır və su təminatına əlçatanlığı çətinləşdirir.

 

Təsəvvür edin ki, bədəndə olan suyun 2 faizinin azalması nəticəsində yorğunluq, diqqət əksikliyi, yaddaş ilə bağlı problemlər ortaya çıxır. Bu, davam edərsə, dəri xəstəlikləri, böyrək və digər daxili orqanların funksiyalarının pozulması baş verir.

 

Davamlı çirkli su qəbul edən orqanizmdə genetik mutasiyalar baş verir. Sonsuzluq, onkoloji və mədə-bağırsaq traktının xəstəlikləri yaranır.

 

 

 

Bədən su qıtlığı çəkdiyində qandakı suyu istifadə edərsə, yüksək təzyiq xəstəliyi yaranır. Onurğalardakı suyu istifadə edərsə, bel və boyun yırtığı xəstəliyinə, sümüklərdəki suyu istifadə edərsə, atrit kimi revmatik xəstəliklərə, ağciyərdəki suyu istifadə edərsə, astmaya səbəb olur.

 

Çirkli suyun tərkibində çoxlu sayda mikroorqanizmlər olur ki, bunların da bəziləri insanda qarın yatalağı, vəba, hepatit və ya qastroenterit kimi ağır xəstəliklər yaradır.

 

Suyun çirklənməsi kimyəvi də ola bilər. Belə sudan istifadənin zərərli nəticələri həmin an və ya bir neçə il sonra büruzə verir.

 

Çay və göllərin quruması ilə malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır,bu isə xəstəliklərin kəskin artmasına səbəb olur.

 

Hər il milyonlarla insan həm həyatı davam etmək üçün qidalı maddələrin çatışmazlığı, həm də malyariya, diareya və respirator xəstəliklər kimi infeksion xəstəliklər qarşısında aciz qalmaları səbəbindən dünyasını dəyişir.

 

2025-ci ilə qədər su qıtlığı səbəbindən 700 milyon insan köç edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib