Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 10:01

Novruzun adətlərindən biri olan bayram tonqalları təhlükəsiz ötüşmür.

Bayram ərəfəsi Novruz tonqalından tullanarkən yıxılaraq müxtəlif bədən xəsarətləri alanlar çox olur.

Aztibb.az xəbər verir ki, bu cür xoşagəlməz hadisələr əksər hallarda tonqal qalayarkən də təhlükəsizlik tədbirlərinə riayət olunmaması səbəbindən baş verir.

Ekspertlər tövsiyə edir ki, ilk növbədə azyaşlıları yanan tonqal ətrafında nəzarətsiz qoymaq olmaz. Tonqalın ətrafında, insanların çox olduğu yerdə uşaqların da olmasını nəzərə alaraq partlayıcılardan, fişənglərdən, pirotexniki vasitələrdən istifadə etmək edilməməlidir.

Həmçinin tonqalı yandıracaq yeri düzgün seçilməlidir. Həmin ərazi tezalışan materiallar, maşın, elektrik şitləri və evlərə çox yaxın olmamalıdır. Daha sonra tonqalın hündürlüyünə diqqət etmək lazımdır. Tonqalın hündürlüyü 1.5 metrdən hündür olmamalı, asfalt və ya beton örtüyünün üstünə dəmir qoruyucu qoyulmaqla yandırılmalıdır. Bu, həm zəif küləkli havada belə közün ətrafa yayılmasının, həm də asfalt örtüyünün korlanmasının qarşısını alır.

Yaxşı olar ki, üzərində boya və ya müxtəlif madəllər çəkilmiş taxta parçaları, plastmas və kauçukdan olan bəzək əşyaları, rezin, sellofan, maşın şini kimi materiallardan tonqalda istifadə edilməsin. Çünki yanma zamanı onlardan ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilər.

Əyləncə bitdikdən sonra isə odun tam söndüyünə əmin olmaq lazımdır. Əks halda külək odu ətrafa yayar və yanğın təhlükəsi yaradar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev