23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 11:04

Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Hər il martın 23-də aktiv mövzular ətrafında konfranslar, aksiyalar, maarifləndirmə tədbirləri keçirilir. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etmək, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına fikri yönəltməkdir.


Aztibb.az eco.gov.az-a istinadən xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində dünyanın bir çox yerlərində hava, iqlim və su ekstremalları getdikcə daha intensiv xarakter almaqdadır.

Milli meteoroloji və hidroloji xidmətlər, fəlakətlərin idarə edilməsi orqanları və inkişaf agentlikləri arasında koordinasiyalı işin daha yaxşı qurulması preventiv, hazırlıq və cavab tədbirləri üçün əsasdır. Hazırlıqlı olmaq və lazımi anda, doğru yerdə hərəkət edə bilmək bir çox insanın həyatını xilas edə, həm indi, həm də gələcəkdə icmaların dolanışıq vasitələrini qoruya bilər. Bu il günün mövzusu da məhz fəlakət riskinin azaldılması üçün hidrometeoroloji məlumatların həyati əhəmiyyətini vurğulayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev