Daun sindromunun müalicəsi varmı?
21.03.2023 11:27

Daun sindromu diaqnozu prenatal diaqnoz mərhələsində və ya doğuşdan dərhal sonra qoyulur. Hamilə qadının skrininq müayinələri zamanı kliniki təzahürləri aşkar edilməyən Daun sindromu körpənin ilkin müayinəsi zamanı xarici əlamətlərə görə neonatoloq tərəfindən müəyyən edilir.

Aztibb.az bu xəstəliyə dair məqalələrə istinadən xəbər verir ki, Daun sindromu xromosom anomaliyasından qaynaqlanır və tam müalicə olunmur, lakin daimi və düzgün tibbi və pedaqoji dəstək Daun sindromu əlamətləri olan uşaqlara sosiallaşma və özünə qulluq bacarıqlarının inkişafında uğur qazanmağa kömək edir.

Hərəkət funksiyasını yaxşılaşdırmaq üçün məşq terapiyası və fizioterapiya, nitqi düzəltmək üçün isə loqopedlə sistemli iş tövsiyə olunur.

Daun sindromu üçün reabilitasiya tam şəkildə aparılırsa, bu, uşağın inkişafında uğur qazanmağa və mümkün fəsadların risklərini minimuma endirməyə imkan verir.

Daun sindromunun qarşısının alınması üçün xüsusi üsullar yoxdur. Xromosom anomaliyaları olan bir uşağın doğulmasının qarşısının alınması ilkin genetik məsləhətləşmə və 35 yaşdan sonra hamiləliyin planlaşdırılmasından imtina ilə mümkün olur.

Daun sindromunun müalicəsində ilk növbədə nevroloq iştirak edir, həm də xəstəliyin formasından asılı olaraq digər ixtisaslaşmış mütəxəssislərin köməyinə ehtiyac var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev