Ümumiyətlə, çəpgözlüklər 2 cür olur – müştərək çəpgözlük, paralitik çəpgözlük. Müştərək çəpgözlüklər sırf görmə qüsuruna bağlı olaraq yaranır. Bu zaman, əsasən, hər 2 gözdə çəplik olur, əsas zəif görən göz çəpləşir. Müayinə nəticəsində çox hallarda refraksion qüsur, yəni zəif görmə aşkarlanır.
Nə vaxt çəplik əmələ gəlir? O vaxt ki 2 göz arasında görmədə fərq yaranır, yəni bir göz digər gözü üstələyirsə, görmə baxımından, yəni biri 40 faiz, biri 20 faiz görürsə, əksər hallarda 20 faiz görən göz çəpləşir.
Ola bilər uşağın 2 gözü də 20 faiz görsün, amma çəpləşməsin. Çünki gözlər arasında mübarizə yoxdur, hər ikisi zəif görür. Hər hansı bir göz bir az daha yaxşı görürsə, o mübarizə nəticəsində 2 görmə əmələ gəlməsin deyə beyin gözü çəpləşdirir.
Bəzən olur ki, bu çəplik sinirlə əlaqəli olaraq formalaşsın, o böyüklərdə ola bilər. Amma əsasən, çəplik uşaq yaşlarında təsadüf olunur, bu da zəif görməklə əlaqəlidir.
Böyüklərdə isə travma, katarakta çəpliyə səbəb ola bilər. Torlu qişa qopa bilər, bu da çəpliyə səbəb ola bilər. Yenə də, o zəif görmə ilə əlaqəli olur. Yəni çəpliyin əsas səbəbi, əsasən, zəif görmə olur.
Bəzi çətinliklər var ki, onlar eynəyə bağlı çəplik olurlar. Eynəyi təyin edirik göstəricilərə uyğun və çəplik tamamilə keçir, gedir. Bu çəplikdə heç bir əməliyyat lazım olmur.
Bir də olur ki, eynək taxır xəstə, amma tamamilə çəplik keçmir. Bu halda bu xəstələr mütləq əməliyyat olunmalıdırlar.
Çəplik zəifliyə bağlıdır, ona görə əməliyyat olunsa belə xəstə mütləq eynəyi taxmağa davam etməlidir. Bəzi hallarda o qədər dərin olur ki, yenidən qayıdır. Yəni biz deyə bilmərik ki, 100 faiz əməliyyat olundu və heç vaxt geri qayıtmayacaq.
Əgər astiqmatizm varsa xəstənin gözündə, o, ya 18 yaşına kimi, ya da ömürlük eynəyi taxmalıdır. 18 yaşından sonra “refraksion əməliyyatlar” keçirməlidir. Amma astiqmatizm yoxdursa, adi müsbət varsa, çox vaxt yenə də 15 yaşına kimi taxır və ondan sonra eynəkdən də azad olunur. Yəni səbəbdən aslıdır hər şey.
oftalmoloq Gülxanım Məmmədova
Aztibb.az

