Göz önündə “uçan” kölgələr niyə yaranır? – Həkim məsləhəti
22.07.2021 15:47

Göz alması boşluqlu orqandır, bu boşluq gel şəkilli maddə- şüşəvari cisimlə dolub. Şüşəvari cisim göz almasına forma və tonus verməklə onun ən daxili divarı olan və görməni təmin edən tor qişanı altdakı divarlara sıxır. Torlu qişa qopması görmə itir. Yəni şüşəvari cisimin funksiyası əhəmiyyətlidir.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında “Göz önündə "uçan" kölgələr – ləkələr nədir?” sualını cavablandırıb. 

 

Həkim bildirib ki, şüşəvari cisim görmə siniri diski ətrafında torlu qişaya və ön seqmentdə büllurun arxasına birləşir, gözün qalan hissələrində yapışma möhkəm deyil. Şüşəvari cisim optik mühitin bir hissəsi olduğuna görə bu strukturdakı dəyişikliklər müxtəlif formada özünü biruszə verir. Şüşəvari cisimin bulanması, destruksiyası, qopması, şüşəvari cismə qansızma və s. kimi patalogiyalara rast gəlinir.

 

Şüşəvari cisimin əsasında şəffaf kanallar var, bu kanallarda incə bulanmalar, degenerativ dəyişikliyə uğramış və öz aralarında bitişmiş liflər göz önündə həcmindən asılı olaraq müxtəlif formalı ləkələr - kölgələr kimi əks olunur. Əslində şəffaf olan bu dəyişikliklərin kölgəsi güclü işıq şüası optik mühitə düşəndə tor qişada əks olunur və pasiyentlər göz önündə müxtəlif forma və həcmli ləkə, göz önündə uçan milçək, tor, sap və s. şikayətlərlə həkimə müraciət edirlər. Gel formasında olan bu strukturlar göz hərəkət etdikcə göz alması daxilində müvafiq istiqamətdə hərəkət edir - yellənir, buna görə destruktiv dəyişikliklər sanki göz önündə üzürmüş kimi hərəkət edir. Zərərsiz olan bu bulunmalar xüsusilə ağ səthli işıqlanmış (qar, aydın səma, ağ divar, ağ fon) sahələrə baxdıqda daha çox nəzərə çarpır.

 

Şüşəvari cisimin bulanması kiçik ləkədən qalın bulanmalara kimi variasiya edir. Başlanğıc destruksiyalar daha çox miopiya xəstəliyindən əziyyət çəkənlərdə və yaşlı insanlarda rast gəlinir. İnkişaf etmiş mərhələdə şüşəvari cisim gel formasından duru həlməşik şəkilli struktura çevrilir, bu zaman bulanmalar artıq pambıqvari qalın xətt, lent formasında olub, pərdə kimi hiss olunur. Belə ağır gedişli hipertoniya xəstəliyi zamanı, yaşlılarda ateroskleroz zamanı rast gəlinir. Bəzən şəkərli diabetdən əziyyət çəkənlərdə xolesterin, tirozin kristalları ilə müşahidə olunan destruksiya rast gəlinir, bu vəziyyət “gümüş” yaxud “qızıl yağış” adlı destruksiya kimi ifadə olunur.

 

Ümumi maddələr mübadiləsi pozulduqda, travma nəticəsində şüşəvari cisimdə dərin destruktiv dəyişikliklər inkişaf edə bilir. Yaşla əlaqədar olaraq baş verən dəyişikliklər fonunda şüşəvari cismin qopması nəticəsində də göz önündə “uçan kölgələr-ləkələr” görünə bilər, adətən 60-70 yaşından sonra ortaya çıxır, gözlə görünən ləkələrdən başqa işıq qığılcımları, şimşək çaxması kimi şikayətlər olmadıqca, bu hal təhlükəli sayılmır. Lakin gözdə sanki yanıb-sönən işıq, projektor, qığılcım kimi şikayətlər yaranarsa, mütləq göz dibinin ətraflı müayinəsi lazımdır. Belə ki, bunlar şüşəvari cismin qopması, tor qişanın lokal qopması əlaməti ola bilər.

 

Şüşəvari cismin destruksiyalardan adətən müalicəsi tələb olunmur. Lakin iri həcmli və görməyə mənfi təsir edən bulanmalar zamanı vitreolizis lazer müdaxilısi icra olunur və ləkələr parçalanaraq ölçüsü kiçidilir. Dərin destruktiv dəyişikliklər zamanı isə vitrektomiya əməliyyatı tətbiq edilməklə şüşəvari cisim göz alması boşluğundan xaric olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev