İnfarktların 99%-nin əsas səbəbləri müəyyən edilib - Araşdırma
02.07.2026 10:29

ABŞ və Cənubi Koreyada 9 milyondan çox yetkin şəxsin iştirakı ilə aparılan yeni beynəlxalq araşdırma infarktların əsas risk amillərini ortaya qoyub. Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, infarkt, insult və ürək çatışmazlığı hallarının 99 faizi ən azı dörd klassik risk faktorundan biri ilə əlaqədardır.

 

Aztibb.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of the American College of Cardiology" (JACC) jurnalında dərc olunub.

 

Mütəxəssislər bu dörd əsas risk faktorunu arterial hipertoniya (yüksək qan təzyiqi), qanda xolesterinin yüksək olması, qanda şəkərin artması və siqaret çəkmə kimi müəyyən ediblər. Araşdırmaya əsasən, bu amillər birlikdə ürək-damar sistemi ilə bağlı hadisələrin 99 faizindən əvvəl mövcud olub. Hətta ən aşağı risk qrupuna daxil olan 60 yaşdan aşağı qadınlarda belə bu göstərici 95 faizdən yüksək olub.

 

Araşdırmada ən geniş yayılmış risk amili arterial hipertoniya olub. Ürək-damar hadisəsi keçirən xəstələrin 93 faizində həm ABŞ-da, həm də Cənubi Koreyada yüksək qan təzyiqi qeydə alınıb. Şimal-Qərb Universitetinin kardioloqları vurğulayırlar ki, iki və ya daha çox risk faktorunun eyni vaxtda olması ürək-damar xəstəliklərinin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır.

 

Tədqiqat müəllifləri son illər tez-tez səsləndirilən "izaholunmaz infarktlar" fikrinə də münasibət bildiriblər. Onların qənaətinə görə, belə hallarda da risk faktorları mövcud olur, sadəcə onlar daha zəif ifadə edilir və ya insanlar vaxtında müayinədən keçmədikləri üçün bu problemlər aşkar olunmur.

 

Mütəxəssislər vurğulayırlar ki, arterial təzyiqin, qanda şəkər və xolesterin səviyyəsinin mütəmadi nəzarətdə saxlanılması, siqaretdən imtina, sağlam qidalanma və fiziki aktiv həyat tərzi infarkt və digər ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təsirli tədbirlər hesab olunur. Erkən diaqnostika və risk amillərinin vaxtında aradan qaldırılması minlərlə insanın həyatını xilas edə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub