Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
27.06.2026 16:48
Samux Rayon Mərkəzi Xəstəxanası və Medic School Training Center-in birgə təşkilatçılığı ilə Amerika Ürək Assosiasiyasının (AHA) standartlarına uyğun BLS (Basic Life Support) təlim proqramı uğurla keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlimin əsas məqsədi tibb işçilərinin kardiopulmonar reanimasiya (CPR), erkən defibrilyasiya və həyati təhlükəli vəziyyətlərdə sistemli müdaxilə bacarıqlarının beynəlxalq protokollara uyğun şəkildə təkmilləşdirilməsi olub.
 
Təlim çərçivəsində aşağıdakı mövzular təqdim olunub:
• Zəncirvari sağqalma konsepsiyası (Chain of Survival)
• Huşun və tənəffüsün ilkin qiymətləndirilməsi
• Keyfiyyətli döş qəfəsi kompressiyaları və ventilyasiya texnikası
• Böyüklər, uşaqlar və körpələrdə CPR alqoritmləri
• AED (Automated External Defibrillator) cihazından istifadə qaydaları
• Tənəffüs yolu obstruksiyası (boğulma halları) zamanı ilkin yardım
• Komanda əsaslı reanimasiya və rol bölgüsü prinsipləri.
 
Təlim nəzəri və praktiki hissələrdən ibarət olmaqla, simulyasiya əsaslı metodologiya üzərində təşkil olunub və iştirakçıların klinik qərarvermə bacarıqlarının gücləndirilməsinə xidmət edib.
Proqramın sonunda qiymətləndirmədən uğurla keçən iştirakçılara beynəlxalq standartlara uyğun sertifikatlar təqdim olunub.
 
Bu kimi elmi əsaslı və praktik yönümlü təlim proqramları regionda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və pasiyent təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır