Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya“ XƏBƏRDARLIĞI  
07.03.2021 11:42

Avstriyanın səhiyyə naziri Rudolf Anşober ölkədə koronavirusa yoluxma hallarının və mutasiyaya uğramış variantlara dair xəbərləri şərh edərkən “pandemiyada pandemiya“ barədə xəbərdarlıq edib.

 

Bu xəbərdarlığın əsasında ötən bir neçə həftədə Avstriyada koronavirusun Böyük Britaniya ştammının kəskin şəkildə artması dayanır. Qeyd edilib ki, yanvarın ortalarında ölkədə virusun əsas variantına yoluxma ümumi yoluxma halları 61,5 faiz olduğu halda, fevralın sonunda bu göstərici 36,3 faizə düşüb. Fevralın sonunda Britaniya variantı ümumi yoluxmaların 58,4 faizini təşkil edib.

 

R.Anşober bildirib ki, Britaniya variantının dominant mövqeyə yüksəlməsi heç də ürəkaçan xəbər deyil. Çünki bu variant əsas variantla müqayisədə daha yoluxucudur. Belə ki, əsas variantın reproduksiya ehtimalı 1-ə, Britaniya variantında isə 1,23-ə bərabərdir. Britaniya variantının sürətlə yayılması ölkədə koronavirusa yoluxma risklərini də artıra bilər.

 

Nazir qeyd edib ki, yoluxma səviyyəsini nəzarətdə saxlaya bilmək üçün Britaniya ştammının daha çox yayıldığı rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib və rayon ərazisini tərk etmək istəyənlər mütləq şəkildə testdən keçirilir. Hazırda ölkədə 800 min insana peyvəndin ilk və ya ikinci komponentinin tətbiq edildiyi, qarşıdakı aylarda ölkəyə yeni dozaların gətiriləcəyi diqqətə çatdırılıb. R. Anşober ölkə əhalisini epidemioloji vəziyyətin tələb etdiyi gigiyena qaydaları və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər