Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 08:43
Mərkəzi Gömrük Hospitalı yüksək elmi və klinik potensialı, müasir tibbi infrastrukturu və təcrübəli mütəxəssisləri ilə ölkəmizdə tibb kadrlarının hazırlanmasına mühüm töhfə verir. Tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi və gələcək həkimlərin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Hospitalın klinik bazasında bakalavr, subbakalavr və rezidentura səviyyələrində tədris və praktiki məşğələlər təşkil olunur.
Aztibb.az-ın xəbərinə görə, imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində Azərbaycan Tibb Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbə və rezidentləri, eləcə də 1 nömrəli Bakı Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri Hospitalın klinik imkanlarından yararlanaraq nəzəri biliklərini möhkəmləndirir, praktiki vərdişlərini təkmilləşdirir və peşəkar təcrübə qazanırlar.
Nəzəri biliklərin real klinik təcrübə ilə birləşdirilməsi gələcək tibb mütəxəssislərinin peşəkar hazırlığında xüsusi əhəmiyyət daşıyır. Hospitalın təcrübəli həkimlərinin və elmi-pedaqoji kadrlarının iştirakı ilə keçirilən məşğələlər tələbələrə müasir diaqnostika və müalicə üsulları ilə yaxından tanış olmaq, klinik düşüncə və qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Təhsil müəssisələri ilə əməkdaşlıq yalnız klinik tədrislə məhdudlaşmır. Birgə elmi-praktiki konfransların, seminarların, sertifikatlaşdırılmış təlimlərin və tədqiqat layihələrinin həyata keçirilməsi də bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Mərkəzi Gömrük Hospitalı üçün gələcəyin həkimlərinin yetişdirilməsində iştirak etmək yalnız peşəkar fəaliyyət deyil, həm də Azərbaycan səhiyyəsinin gələcəyinə qoyulan mühüm sərmayədir.
Bu bölməyə aid digər xəbərlər
Tibb təhsili üzrə tədris proqramlarının yenilənməsi müzakirə olunub
19.10.2026 | 09:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
18.10.2026 | 13:00
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
18.10.2026 | 10:41
Azərbaycan Tibb Universitetində süni intellekt innovasiya proqramına start verildi
16.10.2026 | 16:39
ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
16.10.2026 | 15:54
ATU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16.10.2026 | 11:38
Uşaqlarda epilepsiya üzrə klinik protokolun təqdimatına həsr olunmuş elmi-praktik konfrans keçirilib
16.10.2026 | 10:10
ATU əməkdaşlarının layihəsi “Əsas Qrant Müsabiqəsi – 2026”-nın qalibi olub
13.10.2026 | 16:57
Azərbaycan Tibb Universitetinin 25 tələbəsi Prezident təqaüdçüsü oldu
13.10.2026 | 12:50
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

