Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb      
16.10.2026 07:02

Azərbaycanın nüvə təbabəti üzrə mütəxəssisi, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Hədəfli Radionuklid Terapiyası şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov Böyük Britaniyanın nüfuzlu tibb qurumlarından biri olan London Kral Həkimlər Kollecinin (Royal College of Physicians – RCP) FRCP (Fellow of the Royal College of Physicians) fəxri adına layiq görülüb.

 

Aztibb.az xəbər verir ki, 1518-ci ildə əsası qoyulan London Kral Həkimlər Kolleci klinik təbabətin inkişafı, tibbi təhsilin təkmilləşdirilməsi və yüksək peşəkar standartların təşviqi istiqamətində fəaliyyət göstərən nüfuzlu tibb qurumudur. Kollecin FRCP titulu həkimlərin peşəkar fəaliyyətinin, elmi nailiyyətlərinin və tibb sahəsinə verdikləri töhfələrin tanınması baxımından əhəmiyyət daşıyır.

 

Fuad Novruzovun bu ada layiq görülməsi onun nüvə təbabəti, molekulyar görüntüləmə və hədəfli radionuklid terapiyası sahələrində uzunillik fəaliyyəti və elmi töhfələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini ifadə edir.

 

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi, elmi tədqiqatların aparılması, eləcə də müasir tibbi texnologiyaların tətbiqi sahəsində fəaliyyət göstərir. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Mərkəzdə nüvə təbabəti istiqamətinin inkişafı və müasir diaqnostika və müalicə üsullarının tətbiqi üzrə işlər həyata keçirilir. Azərbaycanlı həkimin beynəlxalq səviyyədə bu fəxri ada layiq görülməsi ölkəmizin tibb mütəxəssislərinin beynəlxalq elmi və peşəkar mühitdə təmsilçiliyi baxımından əhəmiyyətli hadisədir.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı