İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb  
17.10.2026 15:49

Yaponiyanın Naqoya Universitetinin alimləri siçanlar üzərində apardıqları təcrübələr zamanı BCAT1 fermentinin bloklanmasının infarktdan sonra ürəkdə çapıq toxumasının əmələ gəlməsini azaltmağa və onun qan vurmaq qabiliyyətini qorumağa kömək etdiyi qənaətinə gəliblər.

 

Aztibb.az en.nagoya-u.ac.jp-yə istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Clinical Investigation” (JCI) jurnalında dərc olunub.

 

İnfarktdan sonra ürək əzələsinin zədələnmiş hissələri tədricən tərkibində kollagen olan birləşdirici toxuma ilə əvəz olunur. Bu proses sağalma üçün zəruri olsa da, həddindən artıq çapıq əmələ gəlməsi ürək əzələsinin bərkiməsinə və onun fəaliyyətinin pozulmasına gətirib çıxarır. Tədqiqatçılar müəyyən ediblər ki, BCAT1 fermenti hüceyrələri kollagen istehsalı üçün lazım olan amin turşusu - prolin ilə təmin edərək bu cür fibrozun inkişafına şərait yaradır.

 

Təcrübələrdə BCAT1 geni söndürülmüş siçanlarda infarktdan sonra adi heyvanlarla müqayisədə daha az çapıq toxuması əmələ gəlib və ürək funksiyası daha yaxşı saxlanılıb. Analoji effekt fermentin işini bloklayan ERG240 inhibitorundan istifadə edərkən də müşahidə olunub. Hətta müalicəyə infarktdan yeddi gün sonra, yəni artıq çapıqların əmələ gəlməsi başladıqdan sonra start verildikdə belə, preparat öz effektivliyini göstərib.

 

Ürək çatışmazlığı olan xəstələrin ürək toxumalarının analizi də kəskin fibroz olan sahələrdə BCAT1 səviyyəsinin yüksək olduğunu üzə çıxarıb. Alimlərin fikrincə, bu fermentin aktivliyinin qarşısının alınması (bloklanması) infarktdan sonra ürək çatışmazlığının profilaktikası üçün yeni bir metodun əsasını qoya bilər.

ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Sosial medianın görünməyən psixoloji təsirləri
       Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb             
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov