"Vaksinasiya nə qədər sürətlə aparılsa, normal həyata dönüş ehtimalı da o qədər artar"  
18.02.2021 12:26

Hər gün ölkəmizdə yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya edilənlərin sayı artır. Qlobal pandemiyaya qarşı aparılan bu proses dəhşətli virus xəstəliyinə tutulmaq ehtimalını azaldır. Vaksinasiya nə qədər sürətlə aparılsa, peyvənd edilənlərin sayı nə qədər çox olsa, gözəgörünməz düşməndən xilas olmaq, normal həyata dönüş ehtimalı da o qədər artar.

 

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Mahir Rəhimov da birincilər sırasına peyvənd olunub. O, bildirib ki, son bir il ərzində həyatımızın elə bir sahəsi yoxdur ki, COVID-19-un qorxulu əlləri ora uzanmasın. Bu əllər evlərə, ailələrə, dostların sırasına da uzanıb: "Virus elə dəhşətli bəladır ki, onun üçün ögey-doğma, yaxın-uzaq yoxdur. Biz həkimlər epidemiyanın yayıldığı bu bir ildə nə qədər yaxın adamımızı, həkim dostlarımızı, həmkarlarımızı itirmişik.

 

Koronavirus dalğası bizim ailəmizdən də yan ötməyib. Ötən ilin yayında infeksiyanın sürətlə yayıldığı günlərdə həyat yoldaşım Məryəm də amansız xəstəliyə yoluxdu. Saray qəsəbəsində yaşayan bibim uşaqları da xəstəliklə üzləşdilər. Çox şükür ki, hər şey yaxşılıqla qurtardı. Onların müalicəsi ev şəraitində aparılsa da, sağalıb normal həyata qayıtdılar. Bunları ona görə deyirəm ki, heç kəs bu xəstəliyə yoluxmaqdan sığortalanmayıb. Sığortalanmaq isə yalnız bir yolla - peyvənd edilməklə mümkündür”.

 

Həkim-infeksionist deyib: “Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini 0,5 milliqram inyeksiya etməklə COVID-19 təhlükəsindən qoruna bilərik. Son bir ilin təcrübəsi göstərdi ki, həyatımızı öz məcrasına qaytarmaq üçün bundan kəsə, sadə və asan yol yoxdur. Məşhur yazıçı Con Maksvellin yaxşı bir söz var: “Ən ağır iş, ən ağır zəhmət ən yüngül işdir, zamanında onu etmədiniz”. İndi neçə vaxtdan bəri arzu edilən və yolunu gözlədiyimiz peyvəndlər alınıb ölkəmizə gətirilib. Artıq bir aydır ki, onun tətbiqinə, bu həftə isə mühüm və həyat əhəmiyyətli kampaniyanın ikinci mərhələsi başlanılıb. Bir ildir bəşəriyyətin başı üzərində qorxulu kabus kimi dolaşan, həyat üçün böyük təhlükə yaradan infeksiyadan belə bir sadə üsulla can qurtarmaq mümkünsə, bunu niyə etməyəsən? Gec-tez, əvvəl-axır hər kəs bu peyvəndi vurdurmalıdır. Yarım saat, uzağı 1 saat ərzində bir ampula peyvənd vurdurmaqla həyat üçün təhlükə yaradan bəladan xilas olmaq imkanı var. Həm də bunu kütləvi şəkildə və sürətlə etmək lazımdır ki, mümkün qədər tez rahat nəfəs almaq, mümkün qədər tez normal həyata qayıtmaq olsun. Hər kəs bu sadə və sadə olduğu qədər də həyati əhəmiyyət kəsb edən prosesin vacibliyini dərk etməlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub