Antonio Quterriş: 130-dan çox ölkə hələ vaksin ala bilməyib
17.02.2021 20:47

BMT-nin Baş katibi Antonio Quterriş dövlətlər arasında vaksinin daha ədalətli paylanması üçün ölkələri təcili olaraq koronavirus əleyhinə qlobal vaksinasiya planı hazırlamağa çağırıb, planın hazırlanması ilə “böyük iyirmiliyin” üzvləri tərəfindən təşkil edilən işçi qrupu məşğul ola bilər.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, Antonio Quterrişin sözlərinə görə, COVID-19 qarşı istehsal olunan bütün vaksinin 75 faizi cəmi on dövlətin əlində cəmləşib, 130 ölkə isə bircə doza belə vaksin ala bilməyib.

 

BMT-nin Baş katibi vaksinasiya işindəki irəliləyişin bərabər və ədalətli olmadığını deyib. O, həmçinin qeyd edib ki, silahlı münaqişələrdən əziyyət çəkən insanlar vaksinasiyadan tam kənarda qala bilər.

 

“Güman edirəm ki, G20 ölkələri qlobal vaksinasiya planının hazırlanması, onun icrası və maliyyələşməsi üçün təcili işçi qrupunun yaradılması imkanlarına malikdir”, - deyə Antonio Quterriş bildirib.

 

Baş katibin sözlərinə görə, işçi qrupu əczaçılıq şirkətlərini və müvafiq sahədə fəaliyyət göstərən əsas oyunçuları bu işə cəlb edə bilər.

 

“Mən həmin cəhdləri dəstəkləmək üçün BMT-nin bütün sistemini səfərbər edə bilərəm. Bu həftə keçiriləcək G7 sammiti lazımi maliyyə resurslarını cəlb etmək üçün impuls ola bilər”, - deyə Antonio Quterriş qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub