Yeni ştamm artıq dünyanın 94 ölkəsində qeydə alınıb
17.02.2021 15:12

Koronavirusun ilk dəfə Böyük Britaniyada aşkarlanan B.1.1.7 ştammı artıq dünyanın 94 ölkəsində qeydə alınıb.

 

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Məlumatda bildirilir ki, ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan B.1.351 ştammının 46 ölkədə, Braziliya və Yaponiyada rastlanan P.1 ştammının isə 21 ölkədə yayıldığı rəsmi olaraq təsdiqlənib.

 

Beynəlxalq qurumdan, həmçinin bildirilib ki, koronavirusa ümumi yoluxma hallarının dünya üzrə azalması heç də arxayınlaşmağa əsas verməməlidir, çünki virusun variantları nəzərəçarpmadan yayılmaqdadırlar. Bir çox ölkədə bu variantların qeydiyyata alınmaması onların statistikasını aşağı göstərsə də, qeyri-rəsmi göstəricilərin daha da yüksək olma ehtimalı var.

 

Qeyd edilməlidir ki, ÜST-nin məlumatlarına görə, ötən həftə dünya üzrə 2,7 milyon yeni yoluxma halı rəsmiləşdirilib. Bu isə öncəki həftədən 500 min yoluxma halı və ya 16 faiz aşağı göstəricidir. Bu il yanvar ayının ilk həftəsində dünya üzrə yoluxma halları təxminən 5 milyona yaxın idi və tədricən azalmaqdadır. ÜST-nin statistikasında həftəlik ölüm hallarının da 10 faiz aşağı düşməsi qeyd edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub