Ölkəmizdə tətbiq edilən “CoronoVAC” vaksinin effektivliyi 92 faizdir
17.02.2021 10:50

Türkiyədə aparılan tədqiqatların nəticələrinə görə, yeni növ koronavirusa (COVID-19) qarşı tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin effektivliyi 92 faizdir. Azərbaycanda istifadə edilən bu peyvənd COVID-19-a qarşı anticisimlərin və immun hüceyrələrinin formalaşmasına kömək edir. Mütəxəssislər bildirirlər ki, hazırda Türkiyə ilə bərabər dünyanın bir neçə ölkəsində vaksinin effektivliyi yoxlanılıb və fərqli nəticələr ortaya çıxıb.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Telman Aytayev deyib: “Dünyada bu peyvəndi tətbiq edən üç ölkə var. Onlardan gələn nəticələr fərqlidir. Braziliyadan gələn nəticələr 50-50,8, İndoneziyadan gələn nəticələr isə 60-70 faiz arasındadır. Türkiyədən gələn nəticələrə görə vaksinin qoruyuculuğu 90 faizdən yüksəkdir”.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Azərbaycanda istifadə edilən vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Peyvəndin maksimum müddəti isə hələ təsdiqlənməyib. Tədqiqatlar zamanı peyvəndin təhlükəli təsirləri aşkarlanmayıb.

 

Hazırda aparılan araşdırmalar ikinci mərhələni əhatə edir və ölkəyə gətirilən vaksinlərlə əlaqədar göstəricilər müsbət dəyərləndirilir. Mütəxəssislər onu da qeyd edirlər ki, vaksinlərlə bərabər hər kəs “üç qızıl qayda”ya - maska taxmaq, əl gigiyenası və sosial məsafənin gözlənilməsinə ciddi şəkildə əməl etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər