Dünyanın təxminən 40 ölkəsi Çinin COVID-19 peyvəndlərini sifariş edib
15.02.2021 22:44

Avropa, Asiya və Latın Amerikasından təxminən 40 ölkə Çin istehsalı olan 500 milyon dozadan çox COVID-19 peyvəndini sifariş ediblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə Çinin "Global Times" qəzeti məlumat yayıb. Bildirilir ki, Çinin "Sinopharm", "Sinovac" və "CanSinBio" şirkətlərinin COVID-19 əleyhinə peyvəndləri həm ölkə daxilində istifadə olunur, həm də xaricə ixrac edilir. Çin peyvəndlərini fövqəladə istifadə üçün təsdiq edən ölkələrdən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya, Braziliya və s. artıq bu peyvəndlərdən istifadəyə başlayıb. Bir neçə ölkə isə Çin şirkətləri ilə peyvənd alınması üçün müqavilələr bağlayıblar. Çin tərəfi bəzi ölkələrə müəyyən miqdarda vaksinləri hədiyyə formasında təqdim edib.

 

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarşı başlayan vaksinasiya prosesində də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" peyvəndindən istifadə olunur.

 

"Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan peyvəndlər təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

 

Nüfuzlu tibbi jurnal olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi haqqında geniş məqalə yayaraq, COVID-19-a yoluxma riski yüksək olan 60 yaşdan yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı olduğunu bildirib. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir. Adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər