Dünyanın 7 ölkəsində pandemiya ilə bağlı son göstəricilər
15.02.2021 10:48

Braziliyada son sutka ərzində daha 24 759 nəfərin koronavirus infeksiyasına yoluxması, 713 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 834 513 nəfər yoluxub. Bu müddət ərzində 239 245 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 8 745 424 xəstə müalicə olunaraq sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində 10 972 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 038 078 nəfərə çatıb.

 

Ötən gün ölkədə 258 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 117 166 nəfərə çatıb.

 

Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 375 nəfər artaraq 190 min 724-ə çatıb.

 

Epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 2 milyon 15 min 576 nəfər müayinə olunub.

 

Son sutka ərzində COVID-19 virusuna görə 5 min 54 nəfərdən götürülən testlərin 375-nin nəticəsi müsbət çıxıb.

 

Yeni növ koronavirusdan 13 ölüm faktı qeydə alınıb. Sağalanların ümumi sayı isə 174 min 916 nəfərdir.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 94 nəfər vəfat edib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6287 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Estoniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 667 nəfər artaraq 52 min 416-ya çatıb.

 

Epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 842 min 494 nəfər müayinə olunub.

 

Son sutka ərzində COVID-19 virusuna görə 4910 nəfərdən 667-nin testinin nəticəsi müsbət çıxıb. Ölkədə ümumilikdə COVID-19-dan 495 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən, 41 min 327 nəfər təşkil edir.

 

Gürcüstanda ötən sutkada koronavirusa 165 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər vəfat edib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 265 722, ölənlərin sayı isə 3 363-ə çatıb.

 

Son 24 saat ərzində daha 639 nəfər sağlaraq evə buraxılıb. Sağalanların ümumi sayı 258 732-yə yüksəlib.

 

Ermənistanda son sutkada 88 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb və virusa yoluxanların sayı 169 255-ə çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 3 147-yə yüksəlib.

 

Ermənistanda COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 792 nəfərdir. İndiyədək 161 105 pasiyent infeksiyadan sağalıb.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat