COVID-19 testinə çəkilən xərclər gəlirdən çıxıla bilər
12.02.2021 16:26

Pandemiyanın həm iqtisadi, həm də sosial baxımdan mənfi təsirlərinin qarşısının alınması üçün vergi yolu ilə bir sıra dəstək mexanizmləri müəyyən olunub.

 

Bu fikirləri “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilmiş konfransda sahibkarların suallarını cavablandıran Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva səsləndirib.

 

S.Musayeva deyib ki, sahibkarların öz işçilərini COVID-19 testinə cəlb etmək üçün çəkdiyi xərclər gəlirdən çıxıla bilər: “Dəstək mexanizmlərdən biri də odur ki, istənilən sahibkarlıq subyektində pandemiya ilə mübarizə məqsədlilə həyata keçirilən zəruri profilaktik dezinfeksiya tədbirləri çərçivəsində çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilər. COVID-19 testinin keçirilməsi də profilaktik tədbirdir. Sahibkar tərəfindən həmin testlə bağlı çəkilən xərclər qanunla müəyyənləşdirilən qaydada sənədləşdirilirsə, məhdudiyyət qoyulmadan gəlirdən çıxılan xərcə aid edilə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər