ÜST "Sinovac"ın peyvəndini COVAX çərçivəsində qiymətləndirəcək
11.02.2021 17:59

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 virusu əleyhinə olan "CoronaVac" peyvəndini COVAX təşəbbüsü çərçivəsində qiymətləndirəcək.

 

Aztibb.az xəbər verir ki, bunu şirkətin idarə heyətinin sədri İn Veydon CGTN kanalına müsahibəsində söyləyib. "Sinovac" ÜST-ün peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünü hədəf alan COVAX təşəbbüsü üzrə təşkilata müraciət edən 3 Çin şirkətindən biridir. ÜST-dən müsbət cavab almaq üçün bütün şirkətlərin müraciətləri bir neçə mərhələdə baxılır.

 

İn Veydon bildirib ki, "Sinovac" COVAX təşəbbüsü çərçivəsində peyvənd tədarükü üzrə müsabiqəyə qoşulmaq üçün ötən ilin noyabrında dəvət alıb. Şirkətin peyvənd istehsalı keyfiyyətini qiymətləndirmək üçün ÜST-ün göndərdiyi heyətin Çinə səfəri başlayıb. Onlar fevralın ikinci yarısında şirkətdə müvafiq araşdırmalar aparacaqlar. Əgər "Sinovac" həmin qiymətləndirmədən müsbət rəy alarsa, onda Çin şirkəti COVAX təşəbbüsü üzrə peyvənd təchizatına qoşula biləcək.

 

Qeyd edək ki, "Sinovac Biotech" şirkətinin COVID-19 virusuna qarşı peyvəndinə dünyada maraq böyükdür. "CoronaVac" peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Ötən ay Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər