Türkiyəli həkim PANDEMİYADAN XİLAS YOLLARInı açıqladı
11.02.2021 08:14

Vaksinasiyanın təsiri ilə yay aylarından həyat tədricən normal vəziyyətə qayıdacaq.

 

Aztibb.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü, dosent, Dr. Afşin Emre Kayıpmaz deyib.

 

Türkiyəli həkim pandemiyadan xilas yollarını açıqlayıb. O bildirib ki, əgər əhali qoyulan tədbirlərə əməl edərsə, vaksin vurdurarsa, yay ayları hazırkı vəziyyətlə müqayisədə daha rahat keçəcək:

 

"Pandemiyanın nə zaman bitəcəyini demək çətindir. Bütün bunlar fevral və mart aylarında əhalinin nə qədər məsuliyyətli olmasından asılı olacaq. Peyvəndin təsirini hiss etmək üçün əhalinin böyük hissəsi peyvənd vurdurmalıdır.

 

Peyvəndin ikinci dozası vurulduqdan bir həftə sonra antikor səviyyəsi yaxşılaşır, iki həftə sonra isə artıq istədiyimiz nəticəni əldə edirik. Bu da ilk dozadan 6 həftə sonraya təsadüf edir. Peyvənd olunan insanlar karantin qaydalarına əməl etməyə, əvvəlki kimi maska taxmağa, sosial məsafəni gözləməyə davam etməlidir. Cəmiyyətdə peyvənd və immunitet səviyyəsi artana qədər tədbirli olmalıyıq".

 

Həkim qeyd edib ki, ölkələr vaksinasiyaya başlasa da, sözügedən virus bütün dünyada yayıldığıdan təhlükənin nə zaman ötüşəcəyi barədə dəqiq bir fikir bildirmək mümkün deyil:

 

"Bunu əvvəlcədən söyləmək tezdir, amma onu deyə bilərəm ki, vaksinasiya nə qədər sürətlə aparılsa, normal həyata qayıtmaq şansımız bir o qədər çoxdur. Növbəti qış aylarında infeksiya yenidən baş qaldıracaq, amma biz artıq onunla necə mübarizə aparacağımızı bilirik. Cəmiyyət tədbirlərə alışıb. Bunların təsiri ilə vəziyyəti idarə edə biləcəyik. Unutmamalıyıq ki, ehtiyatsız davransaq, vaxtından əvvəl rahatlaşsaq, yoluxma sayı sürətlə yenidən artacaq". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər