Britaniya ekspertləri: koronavirus əleyhinə vaksinlər qripə qarşı peyvəndlərdən təhlükəli deyil
08.02.2021 19:04

Britaniya tənzimləyici orqanları vaksinasiyanın əlavə fəsadlarının hər 330 haldan birində rast gəldiyini qeyd edirlər. Vaksinlərdən sonra dünyasını dəyişən 143 Dumanlı Albion sakinləri isə birbaşa inyeksiya qurbanı olmayıb.

 

Böyük Britaniyanın ərazisində tətbiq olunan koronavirus əleyhinə vaksinlər təhlükəsizdir və hər hansı əlavə fəsadların təhlükəsini daha çox üstələyən yüksək səviyyədə müdafiəni təmin edir. Səhiyyəni tənzimləyən orqanların nümayəndələri bu cür bəyanatla çıxış ediblər. Onlar ötən il dekabrın 9-dan bu il yanvarın 24-dək hazırlanmış vaksinlərin təhlükəsizliyi üzrə hesabatların toplusunu dərc ediblər. Vaksinasiyadan sonra hər hansı bir əlavə fəsadlar barədə hər 330 nəfərdən birinin bildirildiyi məlum olub.

 

Bununla belə, əlavə fəsadların əksəriyyəti yorğunluq, temperatur sıçrayışları və inyeksiya vurulan yerdə ağrıya aid edilirdi. Bütün bunlar qripə qarşı peyvəndlərdən sonra müşahidə olunan fəsadlarla müqayisə edilə bilən normal immun reaksiyadan xəbər verir. COVID-19 əleyhinə vaksinlərin vurulmasından qısa müddət sonra 143 nəfər dünyasını dəyişdi, lakin onların əksəriyyəti ən yaşlı və xəstə insanlar idi. Tənzimləyici orqanlar iddia edirlər ki, birbaşa inyeksiyalar onların ölümü ilə birbaşa səbəb-nəticə əlaqəsində deyil.

 

Böyük Britaniyada peyvəndlər ilk növbədə bir çox xəstəlikləri olan ən yaşlı vətəndaşlara vurulur. Hazırda İngiltərədə iki - birincisi Pfizer / BioNTech, digəri Oxford Universiteti və AstraZeneca tərəfindən hazırlanmış vaksin istifadə olunur. Hər ikisi də koronavirusdan qorunmaqda yüksək dərəcədə effektiv olduğunu sübut edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər