Koronavirusun yeni ştammı Azərbaycanda da qeydə alınıb? - İnfeksionistdən açıqlama
08.02.2021 11:50

COVID-19-un yeni ştammına Azərbaycanda hələ ki, təsadüf edilməyib.

 

Aztibb.az-ın məlumatına görə, bunu həkim-infeksionist Fərrux Sədirov deyib.

 

Onun sözlərinə görə, COVID-19-un genetik mutasiyasının klinik təzahürləri barəsində indi fikir söyləmək çox tezdir. Çünki COVİD-19-un klinik təzahürləri barəsində fikirlər pandemiyanın 6-cı ayından sonra tam aydınlaşmağa başladı:

 

"COVID-19-un hələ “köhnə” variantına indi də yeni-yeni klinik təzahürlər əlavə olunur. Bu səbəbdən İngiltərədə, Brazilayada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağı barədə danışmaq çox tezdir. İndi virusun hansı yaş qrupuna daha çox təsir edəcəyi, hansı orqanın yoluxma zamanı daha üst səviyyədə olacağı barədə fikir söyləmək mümkün deyil. İlk mülahizələr budur ki, yeni koronavirus növünün daha sürətlə yayılma potensialı var. Amma xəstəliyin ağırlıq dərəcəsi ilə bağlı hələ bir fikir irəli sürülməyib”.

 

Mütəxəssis əlavə edib ki, virusun mutasiya edilib-edilməməsinə baxmayaraq, ehtiyat tədbirləri hər zaman olduğu kimi yenə də görülməlidir. Virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər