Vaksin mutasiyaya uğrayan virusdan da qoruyacaq? - TƏBİB-dən AÇIQLAMA
06.02.2021 10:11

Vaksinasiya hesabına insanların yalnız müəyyən qismində COVID-19-a qarşı immunitetin yaradılması planlaşdırılır.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

 

Onun sözlərinə görə, bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu isə o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb:

 

"Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər".

 

Vaksinasiyanın istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol olduğunu nəzərə çatdıran A.Qurbanov bildirib ki, COVİD-19-a qarşı olan vaksinlərin tərkibində öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var. Vaksin vurulduqdan sonra orqanizmdə virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu antitellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirir və insanları virusdan qoruyur.

 

A.Qurbanov qeyd edib ki, hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq.

 

O deyib ki, COVID-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək,

 

TƏBİB rəsmisi istifadə edilən vaksinlərin minimal yan təsirlərə malik olduğunu da söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər