Bir sıra dünya ölkələrində pandemiya ilə bağlı SON VƏZİYYƏT
05.02.2021 11:29

Yaponiyada koronavirus infeksiyasına yoluxanların ümumi sayı 400 mini ötüb.

 

Son sutka ərzində bu ölkədə 2576 nəfər virusa yoluxub. Həmin müddətdə 104 nəfər həyatını itirib.

 

İndiyədək Yaponiyada bu virusdan ölənlərin ümumi sayı isə 6189 nəfərə çatıb.

 

Braziliyada son sutka ərzində daha 56 873 nəfərin koronavirus infeksiyasına yoluxması, 1232 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 396 293 nəfər yoluxub. Bu müddət ərzində 228 795 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 113 nəfər vəfat edib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7909 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8815, ağır xəstələr isə 1501 nəfər olub.

 

Gürcüstanda son sutka ərzində COVID-19 infeksiyasına 538 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 261 018, ölənlərin sayı isə 3 258 nəfərə çatıb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 738 min 152 nəfərə çatıb.

 

Son 24 saat ərzində 2 min 668 yeni yoluxma faktı qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 18 min 675 nəfərdir. 684 min 95 nəfər isə sağalıb.

 

Rusiyada son bir gündə daha 16 668 nəfərə COVID-19 diaqnozu qoyulub, ölkədə virusa yoluxanların sayı 3 934 606 nəfərə çatıb.

 

Rusiyada virusdan ölənlərin sayı isə daha 527 nəfər artaraq 75 732-ə yüksəlib.

 

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan ölüb. Bununla da virusdan ölənlərin sayı 58 336  nəfərə yüksəlib.

 

Ölkədə ötən 24 saat ərzində 7 061 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 452 387 nəfərə çatıb. Virus daşıyıcılarından 3 819 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ermənistanda son sutkada 158 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 726-ya çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 109-a yüksəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər