ABŞ-da məktəblərin açılmasından sonra koronavirusun daha çox yayılması müşahidə edilib - “Science” jurnalının tədqiqatı
03.02.2021 14:31

“Science” jurnalının dərc etdiyi tədqiqata görə, gənclər Birləşmiş Ştatlarda COVID-19 koronavirusunun yayılmasında hərəkətverici qüvvədir.

 

Aztibb.az “Science” jurnalının hesabatına istinadla xəbər verir ki, ölkədə qeydə alınan yoluxma hallarının təqribən üçdə ikisi gənclərin payına düşür.

 

Mobil telefonlardan və digər mobil cihazlardan əldə edilən məlumat əsasında insanların olduğu yeri və yerdəyişmələrini izləyən yaş həddi göstəricilərinin sürət analizi nəticəsində aşkarlanıb ki, oktyabrın sonunadək ölkədə COVID-19 virusuna hər 100 yoluxmadan 65-i 20-49 yaş arası şəxslərin payına düşür.

 

Tədqiqatçılar qeyd ediblər ki, 35 yaşdan 49 yaşadək şəxslər arasında xəstəliyin daha çox yayılması bir çox ştatlarda məktəblərin açılmasından sonra müşahidə edilib. Tədqiqatın həmmüəllifi Melodi Modon deyib: “Biz müşahidə etmişik ki, 20-49 yaş arası insanlar Birləşmiş Ştatlarda COVID-19 pandemiyasının əsas hərəkətverici qüvvəsi və virusun gələcəkdə yayılmasına çox güclü təsir edən yeganə yaş qrupudur”.

 

Modonun və onun həmkarlarının sözlərinə görə, gənclərin yaşlı insanlarla müqayisədə, COVID-19-a yoluxmadan sonra ağır xəstəliklərdən daha az əziyyət çəkmələrinə baxmayaraq, bu yaş qrupunda kütləvi vaksinləmə virusun yayılmasının qarşısını ala və pandemiyaya son qoya bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər