Medvedev 2 ay öncə peyvənd olunub
01.02.2021 11:28

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə iki ay əvvəl koronavirusa qarşı Rusiya istehsalı vaksinlə peyvənd olunduğunu açıqlayıb.

 

Medvedev “İnterfaks” və bir sıra Rusiya KİV orqanlarına verdiyi müsahibədə konkret olaraq hansı peyvəndi vurdurduğunu açıqlamayıb.

 

“İki ay əvvəl rus peyvəndlərindən biri ilə peyvəndləndim. Niyə belə deyirəm? Bəzi peyvəndlərin digərindən daha yaxşı olduğu təəssüratı yaranmasın deyə”, - deyə Medvedev qeyd edib.

 

O, bütün Rusiya istehsalı peyvəndlərin təsirli olduğunu vurğulayıb. Buna baxmayaraq, Medvedevə görə onlardan hər hansı birini seçmədən əvvəl həkimə müraciət etmək lazımdır.
 

“Burada sual nədir? Peyvənd hər zaman fərdi bir məsələdir: qan verməlisiniz, vücudunuzun hansı vəziyyətdə və hansı immunitet vəziyyətində olduğunu anlamalısınız. Bu, yaşdan və təəssüf ki, cinsdən asılıdır - bildiyiniz kimi, kişilər bu xəstəliyi daha ağır keçirirlər”, - deyə Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.

 

Medvedev özünün vaksinasiya prosesindən heç bir yan təsir və fəsad olmadan keçdiyini də sözlərinə əlavə edib.

 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub