Müxtəlif ölkələrdə COVID-19-la bağlı son göstəricilər
01.02.2021 11:27

Braziliyada son sutka ərzində daha 27 756 nəfərin koronavirus infeksiyasına yoluxması, 559 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 204 731 nəfər yoluxub. Bu müddət ərzində 224 504 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 8 027 042 xəstə müalicə olunaraq sağalıb.

 

ABŞ-da ötən gün COVID-19-a 135.252 yeni yoluxma halı qeydə alınıb, xəstəlikdən 2640 ölüm halı baş verib.

 

Beləliklə, pandemiya başlanandan bəri ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 26.147.162 nəfər təşkil edir. Bu müddət ərzində 440.843 nəfər xəstəliyin qurbanına çevrilib.

 

Türkiyədə 136 min 418 nəfər koronavirus testindən keçirilib. Onlardan 6 min 562 nəfərdə infeksiya aşkarlanıb, 641 şəxs xəstəxanalara yerləşdirilib.

 

Sutka ərzində 7 min 6 nəfər sağalıb, 128 nəfər ölüb. İndiyədək ölkə üzrə 2 milyon 477 min 463 nəfərdə infeksiya aşkarlanıb, 25 min 993 nəfər vəfat edib.

 

Rusiyada son bir gündə daha 17 648 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Ölkədə koronavirusa yoluxanların sayı 3 868 087 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 437 nəfər artaraq 72 619-a yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 318 173 nəfər sağalıb.

 

Ukraynada ötən gün ərzində 2030 nəfər COVID-19-a yoluxub, 61 nəfər həyatını itirib.

 

Yanvarın 31-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 221 min 485 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 23 min 915 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 22 min 924 nəfərdir.

 

Gürcüstanda son sutka ərzində yeni COVID-19-a 240 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 258 351, ölənlərin sayı isə 3 194 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 249 709 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutkada 62 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb və virusa yoluxanların sayı 167 088-ya çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 084-ə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 769 nəfərdir. İndiyədək 157 800 pasiyent infeksiyadan sağalıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub