ABŞ, Almaniya və Türkiyədə COVID-19-la bağlı son statistika
31.01.2021 09:59

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 26 milyonu keçib.

 

Ölkədə 26 012 880 nəfər təhlükəli infeksiyaya yoluxub, 438 239 insan virusdan ölüb.

 

Yanvarın 24-də ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyona çatıb. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

 

Almaniyada son bir gündə 11 mindən çox koronavirusa yeni yoluxma halı və 400-ə yaxın ölüm faktı qeydə alınıb.

 

Ölkədə son 24 saat ərzində COVID-19 xəstələri arasında 399 ölüm halı qeydə alınıb, 11 192 nəfər isə yeni növ virusa yoluxub.

 

Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 216 363 yoluxma halı və 56 945 ölüm faktı təsbit edilib. 1,9 milyondan çox insan sağalıb.

 

Türkiyədə son sutka ərzində koronavirusa 6 871 nəfər yoluxub, 129 nəfər isə həyatını itirib.

 

Bu gün COVID-19-dan sağalan xəstələr 7 100, ağır xəstələr isə 1 692 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 470 901 nəfər koronaviruslu xəstə qeydə alınıb, onlardan 2 355 409 nəfər sağalıb, 25 865 nəfər isə həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub