Bu ölkədə karantin məhdudiyyətləri marta qədər uzadıldı
30.01.2021 11:20

Argentina hökuməti koronavirusun yayılması səbəbindən tətbiq olunan məcburi sosial məsafələnmə rejiminin 28 fevrala qədər uzadılmasına qərar verdi.

 

Aztibb.az xəbər verir ki, müvafiq fərman "Argentina Respublikasının Rəsmi Bülleteni"ndə dərc olunub.

 

Sənəddə deyilir: "Məcburi profilaktik sosial məsafələnmə rejimi 1 fevraldan 28 fevrala qədər davam edəcək". Karantin məhdudiyyətlərinin əvvəlki uzadılması 31 yanvarda sona çatıb.

 
Argentinada sosial məsafələnmə rejiminin qaydalarına görə 20-dən çox insanın qapalı və 100-dən çoxunun açıq havada toplanmaları, həmçinin kinoteatrlar, teatrlar və gecə klublarının fəaliyyətləri qadağan edilir.
 

Ölkə ərazisində karantin keçən ilin 20 mart tarixindən tətbiq olunub. Bu günə qədər ölkədə 1,9 milyondan çox koronavirus infeksiyasına yoluxma, xəstəlikdən 47,7 mindən çox ölüm hadisəsi qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub