Antikoaqulyant heparinin koronavirusa qarşı effektivliyi sübut olundu - Araşdırma 
30.01.2021 13:53

Liverpul və Kil universitetlərinin alimləri müəyyən ediblər ki, antikoaqulyant heparin SARS-Cov2 virusunun insan hüceyrələrinə birləşmə və onları yoluxdurma qabiliyyətini azaldaraq virusun zülalını məhv edir.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, heparin koronavirusun səthindəki zülalın strukturununun stabilliyini pozur və onun insanın hüceyrələrində ACE2 reseptoru ilə birləşməsinə mane olur. Kvinslend Universitetinin əməkdaşları tərəfindən aparılmış molekulyar modelləşdirmə heparinin zülalın səthinə necə yapışdığını göstərib. Bu faktı canlı virus üzərində aparılan sınaqlar da təsdiq edib.

 

Alimlər bildirir ki, aşağı molekulyar ağırlıqlı heparinlərdən fərqli olaraq, fraksiya olunmamış heparinlərin hazırda qanın durulaşdırılması üçün kliniki təcrübədə istifadə olunan analoji dərmanların tətbiq olunduğu dozada istifadəsi yoluxmanı aradan qaldırmaq imkanına malikdir.

 

Həmçinin güman olunur ki, fraksiya olunmamış heparinlə nəfəs almaq çox güclü antivirus effekti verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub