Rusiyalı alim: Pandemiyanın üçüncü dalğasına yalnız əhalini peyvənd etməklə hazırlaşmaq olar
29.01.2021 22:56

Tanınmış həkim və televiziya aparıcı Aleksandr Myasnikov Rusiyada koronavirus pandemiyasının üçüncü dalğasının yayda, ya da payızda başlayacağını bildirib.

 

Aztibb.az xəbər verir ki, həkim bu barədə özünün "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, hazırda epidemiya zəifləməyə doğru gedir. Bu isə koronavirusun üç aylıq silsilə ilə yayılması ehtimalını təsdiqləyir.

 

A.Myasnikov bildirib ki, pandemiyanın növbəti dalğasına yalnız əhalini indidən peyvənd etməklə hazırlaşmaq olar. Peyvəndi bir aylıq fasilə ilə iki mərhələdə vurmaq lazımdır. Virusa qarşı anticisimlər yalnız ikinci peyvənddən sonra yaranır. Rusiyalı həkim xroniki xəstəlikləri olanların, immuniteti zəif şəxslərin, eləcə də ahılların, ilk növbədə, peyvənd edilməsinin vacibliyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub