65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır - Proses necə aparılacaq?
29.01.2021 18:34

Fevral ayının 1-dən vaksinasiyaya cəlb olunacaq 65 yaşdan yuxarı şəxslərin siyahısı hazırlanır.

 

Aztibb.az xəbər verir ki, bunu 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.

 

Onun sözlərinə görə, yaxın günlərdə həmin şəxslərə sahə həkimi tərəfindən zənglər olunacaq:

 

“Könüllü halda poliklinikaya gələcək şəxslərin özləri ilə tibbi kartlarını gətirmək xahiş olunacaq. Onlar vaksinasiya olunmadan əvvəl həkim müayinəsindən keçəcəklər. Belə ki, yaşları 65-dən yuxarı olan insanlarda xroniki xəstəlik ola bilər və qış ayları olduğu üçün sərtləşmə qeydə alına bilər. Ona görə həkim rəyi olmadan onlara vaksin vurulmayacaq, sahə həkimi icazə verəndən sonra vaksinasiya olunacaq”.

 

Baş həkim əlavə edib ki, sahə həkimləri xroniki xəstə olan vətəndaşları şəxsən tanıyırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub