COVID-19-dan sağalandan sonra fəsadlarla üzləşməmək üçün vaxtaşırı müayinədən keçmək lazımdır
29.01.2021 13:26

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə, ürək və qan-damar xəstəliklərindən ölənlərin sayında 26,6 faiz artım olub. Bunun əsas səbəbi koronavirusdan sağalandan sonra orqanizmdə yaranan problemlərdir.

 

Aztibb.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Koronavirus infeksiyası bir neçə orqanı zədələyə bilir. Həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir. Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir”.

 

Həkim-kardioloq qeyd edib ki, risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər: ”Bəzən COVID-19 xəstəliyindən müalicə olunan zaman ikincili bakterial və ya parazitar infeksiyanın qoşulması nəticəsində orqanizmin digər orqanlarına da zərər dəymiş olur və həmin hallar letallığa aparıb çıxarır. Bəzən də elə olur ki, xəstə özünü COVID-19 infeksiyasından sağalmış sayır, orqanizmdə temperaturun yüksəlməməsini və oksigen saturasiyasının 90 üzərində olmasını infeksiyadan sağalma kimi qəbul edir və qanın laxtalanmasını nəzərə almır. Halbuki laxtalanma düzəlməyincə həyat üçün təhlükə ola bilər. İstənilən halda koronavirusdan sağalanların ayda bir dəfə də olsa həkim müayinəsindən keçməsi məsləhətdir”.

 

O, bildirib ki, virusun sonrakı bir neçə il ərzində insan orqanizmində yarada biləcəyi problemləri isə gələcəkdə yaşanan təcrübələrlə daha dəqiq öyrənmək mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub