Bir sıra ölkələrdə pandemiya ilə son vəziyyət
29.01.2021 11:20

İtaliyada koronavirus infeksiyasına yeni 14 372 yoluxma faktı qeydə alınıb.

 

Bu barədə “La Republicca” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 492 nəfər vəfat edib.

 

Bildirilib ki, ölkədə ümumilikdə 2 515 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 87 381-i vəfat edib.

 

Braziliyada son 24 saat ərzində daha 61 811 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

 

İndiyədək Braziliyada yeni növ koronavirus infeksiyasına ümumilikdə 9 058 687 nəfər yoluxub.

 

Bu müddət ərzində 221 547 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1 386 nəfər olub.

 

Bundan başqa, 7 923 794 xəstə müalicə olunaraq sağalıb, 913 346 pasiyent isə həkim nəzarəti altındadır.

 

Rusiyada son bir gündə daha 19 238 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 813 048 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 534 nəfər artaraq 72 185-ə yüksəlib.

 

İranda ötən sutka ərzində 71 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 57 807 nəfərə yüksəlib.

 

İranda ötən 24 saat ərzində 6 573 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 405 414 nəfərə çatıb. Virus daşıyıcılarından 3 990 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub