ÜST Avropa ölkələrini karantin qaydalarının yumşaldılmasında tələsməməyə çağırıb  
28.01.2021 20:43

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini koronavirusa qarşı mübarizədə karantin qaydalarının erkən yumşaldılması üçün tələsməməyə çağırıb.

 

Beynəlxalq təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe yoluxma səviyyəsinin hələ də yüksək olması və səhiyyə sisteminin ciddi şəkildə yüklənməsi barədə xəbərdarlıq edib. O, bildirib ki, yoluxma səviyyəsini aşağı salmaq üçün uzunmüddətli və qətiyyətli səylərin göstərilməsi tələb olunur: “Biz ağır dərslər aldıq – tələsik açmaq və bağlamaq, sonra yenidən hər yeri açmaq uğursuz strategiyadır. Biz səbirli olmalıyıq. Vaksinasiyanı həyata keçirmək üçün zamana ehtiyac var”.

 

H.Kluqe Avropa ölkələrindəki vəziyyəti “pandemik paradoks” adlandırıb. O, bildirib ki, bir tərəfdən Avropanın 35 ölkəsində artıq 25 milyon peyvənd dozası vurulub. Bununla yanaşı, qitədə digər virus mutasiyaları geniş yayılmağa başlayıb. Hazırda Avropanın 33 ölkəsində Böyük Britaniya, 16 ölkədə isə Cənubi Afrika Respublikasında aşkarlanan virus ştamlarının yayılması təsdiqlənib. Ona görə də indi Avropanın 25 ölkəsində qüvvədə olan karantin qaydalarının yumşaldılması üçün tələskənlik etmək düzgün olmazdı.

 

Qeyd edilib ki, peyvəndlərin səmərəliliyi və təhlükəsizliyi sübuta yetirilib və onların uğurla tətbiqi səhiyyə sistemləri üzərindəki ağır yük və təzyiqi yaxın müddətdə aradan qaldıracaq. Ona görə zamanla yarışda insanlar səbirli olmalı, əhalinin müəyyən bir hissəsinin peyvəndlənməsi başa çatanadək karantin qaydalarının qüvvədə qalması diqqət mərkəzində saxlanmalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər