Dünyanın 6 ölkəsində pandemiya ilə bağlı SON VƏZİYYƏT
28.01.2021 10:59

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2,5 milyonu keçib. Son bir gündə ölkədə daha 15 204 nəfərin bu virusa yoluxduğu təsdiqlənib.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 467 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 86 889 nəfərə çatıb. Ölkədə hazırda 477 969 aktiv koronavirus xəstəsi var, onlardan 2352-si ağır vəziyyətdədir.

 

Braziliyada son sutka ərzində daha 61 963 nəfərin koronavirus infeksiyasına yoluxması, 1214 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 8 933 356 nəfər yoluxub. Bu müddət ərzində 218 878 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 7 798 655 xəstə müalicə olunaraq sağalıb.

 

Türkiyədə yanvarın 27-də ölkə üzrə 179 min 419 nəfər koronavirus testindən keçirilib. Onlardan 7489 nəfərində infeksiya aşkarlanıb, 675 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib.

 

Sutka ərazində qardaş ölkədə 132 nəfər məlum infeksiyadan ölüb, 8803 nəfər sağalıb.

 

İndiyədək 2 milyon 449 min 839 nəfərdə infeksiya aşkarlanıb. Hazırda 1765 nəfərin vəziyyəti ağırdır.

 

Böyük Britaniyada son sutka ərzində 1725 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 101 887 nəfərə çatıb.

 

Son sutka ərzində 25 308 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 715 054 nəfərdir.

 

Gürcüstanda son sutkada daha 723 nəfərə koronavirus diaqnozu qoyulub, 932 nəfər sağalıb, 19 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 256 287 yoluxma halı təsdiqlənib. Yoluxanların 246 459-u sağalıb, 3 127-si isə dünyasını dəyişib.

 

Karantin zonalarında 538, stasionar nəzarətdə 2 770 nəfər saxlanılır. 346 nəfər xüsusi otellərdə müalicə olunur.

 

Ermənistanda son sutkada 242 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 669-a çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 3 067-yə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 762-yə yüksəlib. İndiyədək 156 645 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər