Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
27.01.2021 16:41

Ağsu rayonunda tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesi yekunlaşmaq üzrədir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib. Direktor bildirib ki, artıq 305 tibb işçisi peyvənd olunub: "Ümumilikdə, rayon üzrə 450 nəfər tibb işçisi peyvənd olunmalıdır. 94 tibb işçisi isə koronavirus infeksiyasına yoluxduğu üçün onlar peyvənd olunmayacaq".

 

Ə.Hüseynov bildirib ki, tibb işçiləri özləri könüllü olaraq peyvənd olunmaq üçün müraciət edirlər: "Müraciətlərə baxılır, yoxlanılır, əgər əks təsir yoxdursa, onların peyvəndlənməsinə şərait yaradılır".

 

Direktor qeyd edib ki, xəstəxanada peyvəndlənmə prosesinin həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub