Koronavirus səbəbindən ürək-damar xəstəlikləri artacaq - ARAŞDIRMA 
27.01.2021 22:11

Koronavirusun insan ürəyində və damar sistemində yaratdığı fəsadlar nəticəsində qarşıdakı illərdə ürək xəstəlikləri geniş vüsət alacaq və xeyli sayda ölümlərə səbəb olacaq.

 

Belə bir qənaət “Circulation” nəşrində dərc edilmiş elmi tədqiqatların birində ortaya qoyulub.

 

“Çox güman ki, koronavirus 2020-ci ildə insan ölümünün üç ən çox səbəbindən biridir. Bizim ehtimalımıza görə, qarşıdakı bir neçə il ərzində koronavirus ürək və damar xəstəliklərinin artmasını birbaşa və ya dolayı yolla şərtləndirəcək”, - deyə tədqiqatın müəlliflərindən olan Baylor Təbabət Kollecinin (Hyuston, Texas) dosenti Səlim Virani bildirib.

 

Ürək-damar xəstəlikləri koronavirusa yoluxan xəstələr üçün ən ciddi risq amillərindəndir. Belə ki, tədqiqatlara əsasən, ürək və damar xəstəlikləri COVID-19-da ölüm ehtimalını 4 dəfədən çox artırır. Bu da koronavirus ürək hüceyrələrinə sızaraq çoxalır, ürəyin fəaliyyətini əngəlləyir.

 

Son iki ilə ərzində ürək və damar xəstəliklərindən ölənlərin sayı 2010-cu ilə nisbətən 17.1 faiz çox olub. Son bir ildə isə dünyada bu cür xəstəlik halları 26,6 faiz artım göstərib. Ekspertlərin qənaətincə, COVID-19-un yaratdığı fəsadlar üzündən bu rəqəm növbəti illərdə daha da arta bilər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub