Koronavirusa yoluxan tarixçinin xanımı: “ECMO aparatından hələ ayırmayıblar”
27.01.2021 16:46

AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bir müddət əvvəl koronavirusa yoluxub. O, dekabr ayının 30-da ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib və hazırda müalicəsi davam edir.


Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qazıyeva bu barədə məlumat verib.

Xanımı bildirib ki, Dilavər Əzimli 20 gündür ECMO aparatına qoşulub, vəziyyəti stabil-ağır olaraq qalır, müalicəsi davam etdirilir:


"Xəstəxana ziyarətə bağlı olduğuna görə mən ora gedib-gələ bilmirəm. Hər gün baş həkimlə əlaqə saxlayıram, amma onu da bilirəm ki, həkimlər öz peşə borcları qarşısında, dövlət rəhbərliyi qarşısında hesabatlıdırlar.

ECMO aparatından nə zaman çıxacağı isə hələ məlum deyil. Çünki müalicə bir az ləng gedir. İrəliyə doğru çox cüzi bir dəyişiklik olub. Bir neçə gün öncə başqa bir infeksiyanın olduğu deyildi, onu aradan qaldırdılar, yenidən ağciyərin müalicəsi aparılır. Mən çox böyük ümidlə gözləyirəm ki, onlar mənə sevincli xəbərlər verəcəklər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub