Kişilərin koronavirusdan qadınlara nisbətən daha çox ölməsinin səbəbi ARAŞDIRILIB
27.01.2021 13:55

Yel Universitetinin alimləri kişilərin koronavirusdan qadınlara nisbətən 1,7 dəfə daha çox ölməsinin səbəbini müəyyənləşdirib.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Science” yazır.

 

Mütəxəssislərin fikrincə, cinsi hormonlar xəstəliyin ağırlaşmalarına meyllilikdə əsas rol oynayır. Belə ki, qadınlarda olan estrogen hormonu SARS-CoV-2-nin orqanizmə giriş üçün “qapı” kimi istifadə etdiyi ACE2 reseptorunu bloklaya bilər. Digər yandan, kişilərdə olan androgen hormonu, müşahidələrə görə, əksinə, yoluxmanı asanlaşdırır.

 

Həmçinin qeyd olunub ki, qadınlarında iki X-xromosomun olması vacib amildir. Belə ki, bu xromosomlarda immun cavabı tənzimləyən əsas genlər mövcuddur. Bəzi hallarda hər iki xromosom eyni zamanda anadangəlmə immunitet sistemini aktivləşdirə və patogenləri infeksiyanın ilkin mərhələlərində aşkar edə bilər.

 

Eyni zamanda, 60 yaşdan yuxarı kişilər ümumiyyətlə koronavirusa qarşı ilkin immun cavab yaratmaq qabiliyyətini itirməyə başlayırlar. Bunun əvəzinə onlarda tez-tez orqanizmin kompensasiyaedici ifrat reaksiyası yaranır, bu da COVID-19 ağır hallarına səbəb olan və ölüm riskini artıran geniş yayılmış iltihab və sitokin fırtınalarına səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub