Müxtəlif ölkələrdə COVID-19-la bağlı son göstəricilər
27.01.2021 11:27

Fransada son sutkada COVID-19-a 22 min 086 yeni yoluxma və 612 ölüm faktı qeydə alınıb.

 

Xəstəxanalardakı koronavirus xəstələrinin sayı 27 min 5-ə çatıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3071 koronavirus xəstəsi intensiv müalicə alır.

 

Pandemiya başlayandan bəri Fransada bu virusdan ölənlərin ümumi sayı 74 min 106 nəfərdir.

 

Böyük Britaniyada son sutka ərzində 1631 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 100 162 nəfərə çatıb.

 

Ötən gün ərzində 20 089 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 689 746 nəfərdir.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 134 nəfər ölüb. 

 

Son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 103 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 108, ağır xəstələr isə 1791 nəfər olub. 

 

Rusiyada son sutka ərzində daha 17 741 nəfər COVID-19-a yoluxub.

 

Ölkədə bu infeksiyaya yoluxanların sayı 3 774 672 nəfərə çatıb.

 

Son sutka ərzində 594 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 71 076 nəfərə çatıb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 715 min 438 nəfərə çatıb. 

 

Son 24 saat ərzində 2877 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 17 min 938 nəfərdir, 658 min 595 nəfər sağalıb.

 

Gürcüstanda ötən sutkada koronavirusa 742 yeni yoluxma halı təsdiqlənib, 1 081 nəfər müalicə olunaraq sağalıb, 12 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 255 564 nəfər təşkil edir. Onların 245 527-si sağalıb, 3 108-i isə ölüb.

 

Ermənistanda son sutkada 195 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 427-yə çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 056-ya yüksəlib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb