Avstriya şirkəti koronavirusun yeni variantlarına dərhal reaksiya verən testlər hazırlayıb
27.01.2021 09:55

Koronavirusun yeni variantlarının müəyyənləşdirilməsi hazırda bu virusa yoluxmuş şəxslərdən götürülmüş testlərin təkrar analizi ilə həyata keçirilir. Avstriyanın ”Procomcure Biotech” şirkəti virusun mutasiyaya uğramış formalarına dərhal reaksiya verən yeni PCR testlərini təqdim edib.

 

Şirkətin icraçı direktoru Kamil Önder testlərin istifadəyə verildiyi ilk gün üç fərqli test mərkəzində mutant ştammların aşkarlandığını deyib. Bildirib ki, bu testlər dünyada müvafiq İSO sertifikatlaşmasını, kliniki yoxlanışları başa çatdırmış ilk məhsuldur və bir yoxlanışda bir neçə fərqli mutanta reaksiya verə bilir. Testin cavabının 60-90 dəqiqə ərzində əldə olunduğunu diqqətə çatdıran K.Öndər bu testlərin qiymətinin ucuz olmasının və prosesin sürətli həyata keçməsinin gələcəkdə onların geniş istifadəsinə imkan verəcəyini söyləyib. Eyni zamanda, bu testlərin bütün laboratoriyalarda əlavə yeni cihazlar və təlim kursları olmadan istifadəsinin mümkünlüyü də onların üstünlükləri sırasındadır.

 

K.Öndər, həmçinin bildirib ki, üç həftədən sonra bazara çıxarılacaq yeni testlər indiyədək məlum olan bütün koronavirus ştammlarına (Danımarka və Braziliya variantları da daxil olmaqla) reaksiya verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər