Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
26.01.2021 11:43

Çində ötən gün ərzində 82 koronavirusa yoluxma halı və 57 asemptomatik daşıyıcı aşkarlanıb, 46 pasiyent isə xəstəxanadan evə buraxılıb.

 

Yeni təsdiqlənmiş 82 hadisədən 13 “gəlmə”, digər qalan 69-u isə yerlidir.

 

Pandemiya zamanı Çinin materik hissəsində ümumilikdə 89 197 koronavirusa yoluxma halı aşkar edilib, 82 676 nəfər sağalıb, 1 885 COVID-19 xəstəsi xəstəxanalarda müalicə alır, 4 635 nəfər ölüb.

 

Almaniyada son bir gündə 6 mindən çox koronavirusa yeni yoluxma halı və 900-dən çox ölüm faktı qeydə alınıb.

 

Ölkədə son 24 saat ərzində COVID-19 xəstələri arasında 903 ölüm halı qeydə alınıb, 6 408 nəfər isə yeni növ virusa yoluxub.

 

Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 148 077 yoluxma halı və 52 990 ölüm faktı təsbit edilib. 1,8 milyondan çox insan sağalıb.

 

Braziliyada son sutka ərzində daha 26 816 nəfərin koronavirus infeksiyasına yoluxması, 627 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 8 871 393 nəfər yoluxub. Bu müddət ərzində 217 664 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 7 709 602 xəstə müalicə olunaraq sağalıb.

 

Rusiyada son bir gündə daha 18 241 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da koronavirusa yoluxanların sayı 3 756 931 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 564 nəfər artaraq 70 482-yə yüksəlib.

 

Rusiyada indiyədək koronavirusa yoluxan 3 174 561 nəfər sağalıb.

 

Türkiyədə COVID-19 infeksiyasına mübarizə tədbirləri çərçivəsində sərtləşdirilmiş məhdudiyyətlər davam edir.

 

Yanvarın 25-da ölkə üzrə 151 min 109 nəfər koronavirus testindən keçirilib. Onlardan 5 min 642 nəfərdə infeksiya aşkarlanıb, 671 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərzində 137 nəfər məlum infeksiyadan ölüb, 6 min 682 nəfər sağalıb.

 

İranda ötən sutka ərzində koronavirusdan 79 nəfər ölüb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 57 560 nəfərə yüksəlib. 

 

Ölkədə ötən 24 saat ərzində 6 420 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda koronavirusa yoluxanların sayı 1 385 706 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 038 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Gürcüstanda son sutkada daha 1 006 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 1 050 nəfər sağalıb, 25 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 254 822 yoluxma faktı qeydə alınıb. Yoluxanların 244 446-sı sağalıb, 3 096-sı isə dünyasını dəyişib.

 

Aktiv koronavirus xəstələrinin sayı 7 254 nəfər təşkil edir.

 

Ermənistanda son sutkada 138 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 232-yə çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 052-yə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 758-ə yüksəlib. İndiyədək 155 404 pasiyent infeksiyadan sağalıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər