Qan qrupu COVID-19 xəstələrində bu riski proqnozlaşdıra bilir - ARAŞDIRMA
26.01.2021 09:33

Ürək-damar problemləri koronavirus infeksiyasından yaranan fəsadlar arasında mühüm yer tutur.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, Harvard Universiteti Tibb Fakültəsi tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma koronavirus infeksiyası zamanı ürək problemləri ilə qan qrupu arasındakı əlaqəni izah edir.

 

Müəlliflərin bildirdiyinə görə, tədqiqatın nəticələri COVID-19 xəstələrində bu cür fəsadların yaranma riskini qiymətləndirməyə kömək edə bilər. Erkən diaqnozu asanlaşdırır və mümkün olduqda profilaktik və terapevtik baxım üçün potensial ehtiyacları müəyyənləşdirir.

 

Tədqiqat zamanı 30 gün ərzində müşahidə edilən 400-dən çox xəstənin məlumatları istifadə edilib. Xəstələrin təxminən yarısı birinci qan qrupu, 30 faizi ikinci, 15 faizi üçüncü, 6 faizi dördüncü qan qrupu sahibi olub. Alimlər daha əvvəl serebrovaskulyar xəstəlikləri olan insanların ikinci qan qrupuna sahib olma ehtimalının birincidən daha çox olduğunu aşkarlayıb. Hipertoniya xəstələrində üçüncü qan qrupuna sahib olma ehtimalı birinciyə nisbətən daha az olub.

 

Tədqiqatçılar qan qrupu 2 olan xəstələrdə ciddi ürək-damar hadisəsi keçirmə ehtimalının qan qrupu 1 olanlara nisbətən 2,5 qat daha çox olduğunu da müşahidə edib. II qan qrupu olan insanlarda böyük tromboz riskinin artması istiqamətində də güclü tendensiya olub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər