Koronavirus pandemiyası ilə əlaqədar Avropada əlavə məhdudiyyətlərin tətbiqi tövsiyə olunub
26.01.2021 09:29

Koronavirusun yeni variantlarının sürətlə yayılmasının qarşısını almaq məqsədilə Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələri arasında, eləcə də xaricdən səfərlərlə bağlı əlavə məhdudiyyətlərin tətbiqini tövsiyə edib.

 

Aztibb.az xəbər verir ki, komissiya tərəfindən, həmçinin bir sıra ölkə və regionlar üçün daha ciddi test və karantin qaydalarının qüvvəyə minməsi təklif edilib. Eyni zamanda, qeyd edilib ki, Aİ ölkələrini əhatə edən və üç rəngdən ibarət olan işıqfor xəritəsinin də təkmilləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, geridə qalan iki həftə ərzində hər 100 min nəfər sakinə 500-dən artıq yeni yoluxma halı qeydə alınan yüksək riskli ərazilər üçün xəritədə “tünd qırmızı” kateqoriyası və ona uyğun məhdudiyyətlər kataloqu yaradılmalıdır.

 

Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders bildirib ki, həmin tünd qırmızı regionlara və oradan digər yerlərə vacib olmayan səfərlərdən qəti şəkildə çəkinmək lazımdır. Bu tövsiyə təkcə ölkələrarası səfərlər üçün deyil, eyni zamanda, bir ölkənin daxilindəki regionlar üçün də şamil olunmalıdır. Tünd qırmızı kateqoriyaya daxil olan regiondan səfər edən şəxslər üçün səfərdən öncə PCR testləri icbari olmalı və mənzilbaşında karantinə alınmalıdırlar. Komissiya aktiv virus variantlarının aşkarlandığı ölkələrdən Aİ məkanına səfərlə bağlı əlavə qaydaların tətbiqini qaçılmaz hesab edib.

 

Artıq bir sıra Avropa ölkələri yeni qaydaların tətbiqinə də start veriblər. Yanvarın 15-dən etibarən Avstriyaya səfər edənlər öncədən onlayn qeydiyyatdan keçməlidirlər, Fransa və Almaniya yüksək infeksiya göstəricilərinə malik ölkələrin siyahısına əlavələr ediblər, Belçika isə yanvarın 27-dən vacib olmayan bütün səfərləri qadağan edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər