Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər - BMT Baş katibi
26.01.2021 08:38

Yeni növ koronavirusun (COVID-19) mutasiyası və peyvəndlərin paylanmasının gecikməsi daha çox ölümlə nəticələnə bilər.

 

Aztibb.az-ın məlumatına görə, bunu BMT Baş katibi Antoniu Quterreş yüksək səviyyəli "Davos Gündəmi" tədbirində çıxışı zamanı deyib.

 

A.Quterreş bildirib: "Virusun mövcud peyvəndlərə qarşı davamlı ola biləcək daha yoluxucu və ölümcül variantlara mutasiyası ilə bağlı real təhlükə var".

 

Bununla əlaqədar BMT-nin Baş katibi peyvənd istehsalının əhəmiyyətli dərəcədə artırılmasına və eyni zamanda onların hər kəs üçün əlçatan olmasını təmin etməyə çağırdı:

 

"Peyvəndlər yüksək gəlirli ölkələrə sürətlə çatdırılır, digər kasıb ölkələrdə isə peyvənd çatışmazlığı yaranır".

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb